İQNA Quran agentliyi islami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, görüşdə İran və Rusiya arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi, çap, sinəma, incəsənət, teatr və digər məsələlər müzakirə olunacaq. Görüşdə həmçinin 2012-ci ildə Tehranda Rusiyanın mədəniyyət günləri və 2013-cü ildə Moskvada İranın mədəniyyət günlərinin keçirilməsi məsələsi müzakirə olunacaq.
Rusiyanın mədəniyyət naziri noyabrın 29-da Tehrana səfər edib. İki günlük səfər zamanı naziri Armitaj muzeyinin rəisi Mixail Petrofski və Şərq xalqları mədəniyyət muzeyinin rəhbəri Aleksandr Sedov müşaiyət edirlər. Səfərdə İran və Rusiya arasında mədəniyyət əlaqələrinin inkişaf etdirilməsi yolları müzakirə olunacaq. 703615