IQNA

İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində Quran müsabiqəsi qalibləri mükafatlandırılıb

15:51 - November 30, 2010
Xəbər sayı: 2040427
Quran fəaliyyətləri şöbəsi: İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində karikatura, Quran əzbərləmək və Quran barəsində məqalə yazmaq müsabiqəsi keçirilib.
İQNA Quran agentliyi İranın Bakıdakı mədəniyyət mərkəzinin rəsmi saytına istinadən məlumat verir ki, Bu yarış bir amerikalı keşişin bu ilin sentyabr ayında Qurani Kərimə hörmətsizlik etməsinə etiraz olaraq keçirilib.
Müsabiqəyə müxtəlif şəxslər qatılıb və onların öz əsərlərini müsabiqəyə təhvil verməsi üçün bir ay vaxtları olub.
Quran əzbərləmək üzrə 21 nəfər, karikatura üzrə 9 nəfər və məqalə yazmaq üzrə 5 nəfər qalib gəlib.
Qalib gələn şəxslərə Qədir Xum bayramı günündə Şəhriyar Mədəniyyət Evində keçirilən bayram tədbirində hədiyyələr təqdim olunub. Yarışın keçirilməsində məqsəd Quran maarifini yaymaq və Qurani Kərimə hörmətsizlik edənlərə etiraz olmub.

captcha