Müsəlman tələbələrin III beynəlxalq Quran müsabiqəsində Liviya ölkəsindən iştirak edən Quranın hamısını əzbər oxuyan (Quran hafizi) Bədrəddin Əbdül-Həkim Əl-Vürfay İQNA Quran agentliyinə müsahibəsində deyib ki, müsabiqənin Məşhəd şəhərində keçirilməsi , yarış iştirakçıları üçün bu müqəddəs şəhərin ziyarət məkanlarını da ziyarət etmək üçün şərait yaradır.
İlk dəfə olaraq İrana səfər etmiş Əl-Vürfay Quranın hifz etməsi üzrə yarışda iştirak edir. O Quran qarisi və hafizi üçün üstün cəhətlər kimi həriflərin məxrəclərini düzgün bilməsi və əməl etməsi və kəlmələrin düzgün tələffüzü olduğunu deyir. “Hərflərin məxrəcini riayət etmək və kəlmələrin düzgün tələffüz edilməsi qari və hafizləri yüksək mərtəbələr qaldıra bilər”, -deyə O deyib.
O əlavə edib ki, Liviyada keçirilən müxtəlif Quran yarışlarında birinci, ikinci və üçüncü yerləri kəsb edib. O Quranı necə əzbərləməsi haqda deyib ki, 1997-ci ildən 2004 –cü ilədək 7 il ərzində Quran əzbərləməklə məşğul olmuşam. Liviyanın tanınmış Quran müəllimləri Məhəmməd Əli və Müvəffəq İbrahim mənim müəllimlərimdən olublar, -o deyib.
O sonda Liviyada hər il Quran yarışlarının təşkil olunduğunu deyib. 704405