IQNA

Kuveytin “Əl-Cəhra” regionunda qadınlar üçün xüsusi Quran hifz etmə mərkəzi təsis olunub

19:43 - December 03, 2010
Xəbər sayı: 2041324
Beynəlxalq şöbə: Kuveytin “Əl-Şatibi” Quran müəssisəsi ötən gün bu ölkənin “Əl-Cəhra” regionunda qadınlar üçün xüsusi Quran hifz etmə mərkəzi təsis edib.
İQNA Quran agentliyi Kuveytin “Əl-Cəridə” qəzetinə istinadən məlumat verir ki, Kuveyt islami işlər və vəqflər nazirliyinin Quran məsələləri üzrə idarənin rəhbəri Xalid Əbu Ğeys yeni mərkəzin açılış mərasimində çıxış edib və deyib ki, Kuveytin islami işlər və vəqflər nazirliyinin Quran məsələləri üzrə idarəsi ölkədə qabaqcıl Qurani Kərim hafizlər nəslinin tərbiyyə olunmasına çalışır.
O əlavə edib ki, yeni mərkəz onuncu mərkəzdir ki, qadınlar üçün istifadəyə verilir. Ümid edirəm gələcəkdə belə mərkəzlərin sayı 70 çatacaq, - o deyib.
O əlavə edib ki, yeni mərkəzlərin təsis olunmasından məqsəd Qurani Kərimin hifz edilməsi sahəsində yeni nailiyyətlər əldə etmək, Quranın hafiz və qarilərini dəstəkləmək, Quran maarifi və elmini ilə tanışlıqdır.
Əl-Cəhra regionundakı qadınların Quran əzbər oxuma mərkəzində təşkil olunacaq dərslərdə 8-60 yaşlı qadınlar iştirak edəcək. Dərslər həftədə 5 gün yerli vaxtla saat 16:00-dan 19:00 –dək təşkil olunacaq. 705526
captcha