IQNA

Dünyada analoqo olmayan ağacdan hazırlanmış Quranın təqdimat mərasimi keçirilib

10:53 - December 05, 2010
Xəbər sayı: 2042330
Quran fəaliyyətləri şöbəsi : Dünyada analoqo olmayan ağacdan hazırlanmış "Bəşərin qızıl səhifəsi" adlı Quranın təqdimat mərasimi keçirilib. Dekabrın 4-də keçirilən mərasimdə İranın Mədəni İrs və Turzm təşkilatının sədri Həmid Bəqayi və İranın İslami İrşad və Mədəniyyət nazirinin Quran məsələləri üzrə müavini Həmid Məhəmmədi iştirak edib.
İQNA Quran agentliyinin məlumatına əsasən, bu Quranı İranlı sənətkar Möhsin Fuladi hazırlayıb. O təqdimat mərasimində çıxış edərək bildirib ki, Bu analoqo olmayan əsərin hazırlanması üçün işləri 2005-ci ildə Həzrət Rəsuli Əkrəmin (s) viladəti günü başlamış. Sutkada 12 saat bu Quranın üzərində iş aparmışam.
Fuladi əlavə edib ki, ağacdan hazırlanmış Quranı biz hazırda Ginesin Rekordlar kitabında yer alması üçün işləri görürük. Quranın hazırlanmasında daş, ipək sapı , ağac və dəmirdən istifadə olunb.
O əlavə edib ki, Quranın uzunluğu 45 , eni 35 və qalınlığı isə 15 santimetrdir. Onun çəkisi 10-12 kiloqramdır. Quranı əl çantasında daşımaq mümkündir. Quranın ayələrinin yazılışında Qurani Kərim rəsmül-xəttinin bütün qaydalarına riayət olunub.
Fuladinin sözlərinə görə, Quranda nəsx, süls, müəlla, nəstəliq xətt növlərindən istifadə olunub. "Səcdə ayələri və Bismillahir-rəhmanir-rəhim ayələri bu Quranda qırmızı yazılıb. Quranın hər bir cüzündə Allah Təalanın 30 adı səhifənin qırağında dərc olunub", -deyə Fuladi bildiri.
Mərasimdə İranın İslami İrşad və Mədəniyyət nazirinin Quran məsələləri üzrə müavini Həmid Məhəmmədi də çıxış edib və Qurani Kərimin mənasının çatdırılmasında incəsənətin və radio-televiziya vasitələrinin potensialından istifadə edilməsinin zəruriliyindən danışıb. Mərasimdə mərasimdə İranın Mədəni İrs və Turzm təşkilatının sədri Həmid Bəqayi də çıxış edib. 706411




captcha