IQNA

Məhərrəm ayı münasibəti ilə Azərbaycanın şəhər və rayonlarında təziyələr təşkil olunacaq

12:46 - December 06, 2010
Xəbər sayı: 2043135
Beynəlxalq şöbə: Azərbaycanlı möminlər digər müsəlman ölkələrində olduğu kimi dekabrın 7-də Məhərrəm ayını qarşılayacaq.
İQNA Quran agentliyinin Trend informasiya agentliyinə istinadən məlumatına əsasən, Qafqaz Müsəlmanları İdarəsindən bazar ertəsi bildiriblər ki, Məhərrəm ayı dekabrın 7-də Aşura günü dekabrın 16-da ölkənin bütün şəhər və rayonlarında keçiriləcək.
Hər il olduğu kimi bu il də Aşura günü məscidlərdə, ibadət ocaqlarında keçiriləcək, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunacaq.
Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.
Aşura günü Azərbaycanın bütün ərazisində həmdə qanvermə aksiyası təşkil olunacaq.

captcha