Beynəlxalq şöbə: Azərbaycan Respublikasının Cəlilabad rayon sakinləri inanclı müsəlman xanımların hicab kimi önəmli mövzunun təkcə onların yaşadıqları bölgədə deyil, ümumən bütün Azərbaycanda və xüsusən paytaxt Bakı şəhərində tezliklə həll edilməsini ölkə prezidentindən xahiş etmişlər.
İQNA Quran Agentliyi Deyerler.org saytına istinadən verdiyi məlumata görə,Ölkə ictimaiyyətinə məlum olduğu kimi, Bakı şəhərinin bir sıra orta məktəblərində hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı hüquq pozulma halları yaşanmaqdadır. Təəssüflər olsun ki, bu problem ölkənin bəzi bölgələrində də yer almışdır. Burada da bəzi məktəb direktorları əsassız və qeyri-hüquqi olaraq, başörtüklü şagirdləri təhsil almaq hüququndan məhrum etmişlər. Bu hüquq pozuntusu Cəlilabad rayonunda da öz əksini tapmışdır. Belə ki, Cəlilabad rayonunda bəzi məktəblərdə tədris müəssisənin rəhbərləri orada təhsil alan hicablı şagirdləri məktəbə buraxmamışlar. Bu səbəbdən, rayonun 2000 sakini ölkə prezidenti İlham Əliyevə ümumi müraciət imzalamışlar.
Cəlilabad rayon sakinləri inanclı müsəlman xanımların hicab kimi önəmli mövzunun təkcə onların yaşadıqları bölgədə deyil, ümumən bütün Azərbaycanda və xüsusən paytaxt Bakı şəhərində tezliklə həll edilməsini ölkə prezidentindən xahiş etmişlər.
Qeyd edək ki, rayon üzrə imzalanma prosesi bitəndən sonra, yerli rəhbərlik maneələrin həlli istiqamətində müvafiq işlər görməyə başlamışdır.