IQNA

Azərbaycan Təhsil Nazirliyinin qarşısında mitinq keçirilib, 100 nəfər mitinq iştirakçısı həbs olunub

12:32 - December 10, 2010
Xəbər sayı: 2045271
Beynəlxalq şöbə: Dekabrın 10-da Azərbaycan Təhsil Nazirliyinin qarşısında mitinq keçirilib. Təhsil Nazirliyinin orta məktəblərdə hicabla bağlı verdiyi qərara etiraz edən dindarlar, bu qərarın ləğv edilməsini tələb ediblər.
İQNA Quran agentliyinin faktxeber.com saytına istinadən verdiyi məlumata əsasən, Sayları təxminən 2 minə yaxın olan nümayişçilər, hicablı şagirdlərin orta məktəblərə buraxılmaması ilə bağlı çıxışı edən nazir Misir Mərdanovu sərt tənqid ediblər. FaktXeber.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Təhsil Nazirliyinin qarşısında keçirilən mitinq zamanı nümayişçilər "Misir Mərdanov kafirdir", "İslamofobiyaya son qoyulsun", "Hicab bizim namusumuz, Təhsil bizim haqqımız" şüarları səsləndirərək, təhsil ocaqlarında hicablı şagirdlərə qarşı olunan qanunsuzluğu pisləyiblər.
Qeyd edək ki, etiraz aksiyası zamanı Təhsil Nazirliyinin qarşısına Nərimanov rayon polis şöbəsini əməkdaşları, Çevik Polis Alayı və mülki geyimdə olan təhlükəsizlik orqanının əməkdaşları cəlb olunmuşdu. Mitinq zamanı nümayişçiləri bir neçə dəfə dağıtmaq istəyən polis qüvvələri, istəyinə nail olmayıb. Polis əməkdaşlarının nümayişçilərə müdaxiləsi zamanı gözyaşardıcı qazdan da istifadə olunub. Sonda Təhsil Naziliyinin binasına daxil olan etirazçıların nümayəndləri, oranı tərk etdikdən sonra, mitinq iştirakçıları da ərazini tərk edib.
Xatırladaq ki, ötən gün Təhsil naziri Misir Mərdanov ANS televiziyasına müsahibəsində bildirmişdir ki, "Təhsil haqqında qanunda belə bir bənd var. Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidir. Məktəblərə qızlar başıbağlı şəkildə getməməlidirlər". Təhsil nazirinin bu çıxşı isə, ölkə dindarları və ictimaiyyətinin bərk qəzəbinə səbəb olub. 710360

captcha