Beynəlxalq şöbə : Yunanıstan baş naziri Yorgo Papandreu, ötən gün, Yunanıstanın parlamentində çıxışı zamanı bildirib ki, hökumət paytaxt Afinada məscid tikməkdə qərarlıdır.
İQNA Quran agentliyinin Fransanın xəbər agentliyi (AFP) istinadən məlumat verir ki, Papendreu məscid tikilib qurtarana qədər müsəlmanların namaz qılması üçün müvəqqəti bir yer ayrılacağını bildirib.
"Utandırıcıdır ki, 25 il və bəlkədə daha çox bir müddətdə Afinada müsəlmanlar üçün bir ibadət yerini tikə bilməmişik, Afinada məscidin inşası üçün gərəkli işlər yaxın vaxtlarda başlayacaq. Bu sahədə bütün lazimi hazırlıq işləri görülüb və hökumət bu işi görmək üçün qərarlıdır", -deyə Papendreu deyib .
Qeyd edək ki, bundan öncəki baş nazir Andros Papandro 25 il öncə Afinada məscid tikiləcəyinə dair söz vermişdi, lakin daha sonra müxtəlif bəhanlərlə bu iş görülməyib. Afinada 400-500 min müsəlmanın yaşamasına baxmayaraq Avropa ölkələri arasında yeganə paytaxtdır ki, məscidi yoxdur. 710189