IQNA

Müsəlman Tələbələr III Beynəlxalq Quran müsabiqəsinin hakimlərinin adları açıqlanıb

14:12 - December 12, 2010
Xəbər sayı: 2046653
Quran fəaliyyətləri üzrə şöbə: Müsəlman Tələbələr III Beynəlxalq Quran müsabiqəsinin katibi bu dövr müsabiqənin hakimlər və ali nəzarət şurasının üzvlərinin adlarını açıqlayıb. Quran müabiqəsi 2011-ci il yanvar ayının 9-12-də İranın Məşhəd şəhərində keçiriləcək.
Müsəlman Tələbələr III Beynəlxalq Quran müsabiqəsinin katibi İsa Əlizadə İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, Misirin Niqabətul-Qurra təşkilatının sədri Əbul-Eynəyn Şueyşə, İranın Quran müəllimlərindən olan Əbdürrəsul İbayi və Abbas Səlimi, İranın beynəlxalq səviyyəli qarilərindən olan Rəhim Xaki və Kərim Dövləti müsabiqənin ali nəzarət şurasının üzvi seçiliblər.
O əlavə edib ki, hakimlərə gəldikdə müsabiqənin səs üzrə hakimi Məhəmməd Abbasi, ləhn üzrə hakimi Haşim Roğəni, təcvid üzrə hakim Seyid Cavad Sadat Fatimi, dayanmalar və başlamalar üzrə hakim Həmidrza Müstəfid, hifz üzrə hakim Həmidrza Dirayətidir.
Əlizadənin sözlərinə görə, Müsəlman Tələbələr III Beynəlxalq Quran müsabiqəsinin açlış mərasimi 2011-ci ilin yanvar ayının 9-da və bağlanış mərasimi yanvarın 12-də olacaq.
"İranlı yarışmaçıların müsabiqələrə qatılması üçün seçmə müsabiqələr təşkil olunacaq. Seçmə müsabiqələr dekabrın 22-də təşkil olunacaq", -deyə Əlizadə deyib
Müsəlman Tələbələr III Beynəlxalq Quran müsabiqəsi İranın Cahad Daneşqahi Təşkilatının Quran fəaliyyəti üzrə qurumu, və Xorasan Rəzəvi əyalətinin dəstəyi ilə təşkil olunur. Bu müsabiqələr hər iki ildən bir təşkil olunur. Müsabiqədə hifz və qiraət üzrə dünyanın 40 ölkəsindən müsəlman tələbələr iştirak edəcək710995
captcha