IQNA

Paris Böyük məscidinin rəhbəri Fransada məscidlərin sayının artırılmasını istəyib

0:14 - December 15, 2010
Xəbər sayı: 2048159
Beynəlxalq şöbə: Paris Böyük Məscidinin rəhbəri Dəlil Bubəkr ötən gün Fransa televiziyasına müsahibəsində bu ölkədə məscidlərin sayının müsəlmanların sayına uyğun qədər artırılmasını istəyib.
İQNA Quran agentliyi “atlasinfo” saytına istinadən məlumat verir ki, Bubəkr France İnfo televiziya kanalına müsahibsəində Fransa Milli Cəbhə partiyasının sədr müavini Marine Le Pen-in çıxışına münasibət bildirərək deyib ki, müsəlmanlar xiyabanlarda namaz qılmamalıdırlar deməsi düzgün və məntiqlidir. Ona görə məsələni araşdırarkən bu nəticəyə çatırıq ki, hər şeydən öncə Fransa müsəlmanları üçün yeni məscidlər tikilməsi məsələsi gündəlikdə olmalıdır.
Bubəkr əlavə edib ki, fikrimcə heç müsəlmanlar özləri də xiyabanda namaz qılaraq əhalinin gediş-gəlişinə mane olmağa razı deyillər lakin məscid və ibadət ocaqlarının tikilməsində o qədər səhlənkarlıq olub ki, onlar xiyabanda namaz qılmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, Marine Le Pen Liyon şəhərində çıxışı zamanı bildirmişdi ki, Fransanın xiyabanlarında namaz qılan müsəlmanları "ölkəni heç bir silahdan istifadə etmədən işğal ediblər". Bu çıxış Fransada siyasi, ictimai və dini şəxsiyyətlərin qınağına səbəb olub.
712693
captcha