İQNA Quran agentliyinin məlumatına əsasən, İngilis dilinə tərcümə edilmiş Quranların vəziyyətini araşdırmaq məqsədi ilə keçirilən ilk konfrans bu gun İQNA Quran agentliyinin ofisində keçirilib. İlk öncə Quran ayələri tilavət olundu. Daha sonra Oksford Universitetinin Quran araşdırmalar müəssisəsinin sədri Məhəmmədcavad Qohəri İQNA agentliyinə təşəkkür etdi və Quranı İngilis dilinə tərcümə etməsindən məqsədini açıqladı. O dedi ki, uzun illər öncə İngilis dilinə tərcümə olmuş Quranlar haqda araşdırma apardım və gördüm ki, bəzi nöqsanları var və ehtiyac var ki, bu ilahi kitab yenidən İngilis dilinə tərcümə olunsun.
O indiyəkimi tərcümə olmuş Quranların nöqsanları ilə bağlı bildirib ki, İngilis dilinə tərcümə olmuş Quranların bəziləri məfhum və mənanı düzgün ifadə etmir. Bəziləri isə çox çətin tərcümə olunublar və orada qədim sözlərdən istifadə olunub və yeni nəsil bu kəlmələri dərk etməkdə çətinlik çəkirlər. Bu baxımdangünün tələbinə uyğun bir tərcümənin edilməsinə ehtiyac olduğunu düşündüm.
O əlavə edib ki, Quranın ingilis dilinə tərcüməsi üçün bir neçə il vaxt sərf oldu. Tərcümədə fars mənbələrindən istifadə etmədim , lakin Ərəf dilli şiə mənbələrindən o cümlədən “Əl-Mizan”, “Məcməul bəyan” , “Safi”, “Şübbər”, və əhli sünnətin “Kəşşaf” və “Zəməxşəri” kimi kitablarından istifadə etmişəm.
Onun sözlərinə görə tərcümə etdiyi Quran indiyədək üç dəfə çap olunub. “Hər çap öncəsi tərcümədə düzəlişlər və mənasını tam əhatə edilməyən yerlərdə snoskalarla izahlar əlavə olunub”, -deyə Qohəri deyib.
O əlavə edib ki, İngilis tərcüməsi ilə birlikdə Quranın Ərəb mətnini də çap etmək istəyirik. “Tərcümə etdiyim Quran Böyük Britaniyanın bütün kitab satış mağazalarından əldə etmək olar. Bundan başqa Oksford Quran müəssisəsi Quranın İngilis dili tərcüməsini xəstəxanalara və həbsxanalara paylayır”, -deyə Qohəri deyib.
O İmam Sadiq (ə) universitetinin ilahiyyat fakültəsinin magistr pilləsinə kimi oxuyub. Daha sonra Qovhəri doktorluq diplomunu Böyük Britaniyanın Lidez universitetindən alıb. Qohərinin Oksford universitetindən dinlər, irfan və beynəlxalq hüquq fakültələri üzrə doktorloq diplomu var.
Qohəri Toşihiko İzotsonin təlif etdiyi “Sufizm və Tauism” kitabını tərcümə edib , “islami yəhudiyyət və islami məsihiyyət” və İraqın müxtəsər dairətul-məarif kiablarının təlif edib. O Quranın İngilis dilində sadə və başa düşülən olması üçün çox çalışıb və onun fikrincə Britaniyada bir çoxları onun (ingilis dilində tərcüməsini) oxuduqdan sonra müsəlman olublar. 712807