İQNA Quran agentliyinin Bakı şöbəsinin məlumatına əsasən, bu gün Aşura günü münasibəti ilə Azərbaycanın müxtəlif regionlarında o cümlədən, Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Səlyan, Əlibayramlı, Hacqabul, Gəncə, Şəki və digər bölgələrdə eləcədə Bakının müxtəlif şəhər məscidlərində və şəhər ətrafı kəndlərdə o cümlədən Nardaran, Mərdəkan, Məştəğa, Novxanı, Sumqayıtda əzadarlıq məclislərinə Əhli Beyt (ə) aşiqlərinin izdihamlı iştirakı ilə təşkil olunub.
Əzadarlıq məclislərində Əhli Beyt aşiqləri son günlər Azərbaycan dindarlarının narahatlığına səbəb olan hicabın qadağan edilməsinə öz etirazlarını bildiriblər.