IQNA

Maleziya Korlar üçün beynəlxalq Quran müsabiqələrinin təşkilini təklif edib

21:36 - December 18, 2010
Xəbər sayı: 2049242
Beynəlxalq şöbə: Maleziya baş nazirinin həyat yoldaşı Rəsmə Mənsur ötən gün “Quranın köməyi ilə islam ümmətinin inkişafı” adlı konfransda çıxış edərkən korlar üçün beynəlxalq Quran müsabiqələrinin təşkil olunmasını təklif edib.
İQNA Quran agentliyinn “Bernama” xəbər agentliyinə istinadən məlumatına əsasən, xanım Mənsur bu təklifi etdikdən sonra Maleziya rəsmilərindən istəyib ki, Quranı öyrənmək üçün braal xətti kurslarının təşkilini daha da artırsınlar və korların bu kurslarda iştirak edərək Quranı daha yaxşı öyrənmələrinə şərait yaratsınlar.
Rəsmə Mənsur həmçinin Maleziyada braal xətti ilə Quran çap edildiyi üçün bu işi görən QHT-yə təşəkkür edib. Sonra 200 nəfər gözdən əlil şəxsə braal xətti ilə yazılaraq çap olunmuş Quranlar hədiyyə olunub.
Korlar yazıb-oxumağı braal adı ilə məşhur olan uca xəttlərə əl sürtməklə yerinə yetirirlər. 713814

captcha