İQNA Quran agentliyinin məlumatına əsasən, Tələbələrin III Beynəlxalq Quran müsabiqəsində iştirak etmək üçün İranlı nümayəndələrin seçmə müsabiqəsi dekabrın 20-də səhər saat İran tələbələrin Quran fəaliyyətləri təşkilatının ofisində keçirilib.
Seçmə müsabiqə iki saat davam edib və müsabiqənin sonunda hakimlər Məhəmməd Xətibini Quranın əzbər oxuma və Hamid Vəlizadəni isə Quranın qiraəti üzrə qalib seçiblər. Seçmə müsabiqədə dörd nəfər İranda keçirilən Quran müsabiqələrin birinci yer qalibi olmuş şəxslər iştirak edib və sonda iki nəfər seçilib.
TƏləbələrin III Beynəlxalq Quran müsabiqəsi yanvar ayının 9-12-də İranın Məşhəd şəhərində keçiriləcək. 715007