İQNA Quran agentliyinin Azərbaycan şöbəsinin məlumatına əsasən, Gəncə dindarlarından bir qrup şəxs paytaxt Bakıya gələrək QMİ-də olublar və orta məktəblərdə hicab qadağasına etirazlarını QMİ sədri Allahşükür Paşazadəyə çatdırmaq itəyiblər.
Deyerler.org saytının məlumatına əsasən, Gəncəli müsəlmanları QMİ-nin şöbə müdiri Qəmər Cavadlı qəbul edib. O bildirib ki, toxunulan problem Allahşükür Paşazadənin diqqət mərkəzindədir və gəncəlilərin də tələbi QMİ sədrinə çatdırılacaq.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə məktəblərdə hicab qadağasına münasibətində demişdi: “Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır. Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər. Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”.719272