Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinin təşkilatçı katibi İsa Əlizadə həmçinin İran Tələbələrinin Quran fəaliyyətləri Təşkilatının və İQNA Quran agentliyinin rəhbəridir. Əlizadə təhsilini İslami hüquq və fiqh fənnləri üzrə maqistr pilləsini bitirib. İQNA agentliyinin onunla müsahibəsində bidlriib ki, İranda Tələbələr arasında 20 dövr Quran müsabiqəsi təşkil olunduqdan sonra İran Tələbələrinin Quran Fəaliyyətləri təşkilatı və İQNA Quran agentliyi öz işini genişləndirdi və Müsəlman Tələbələr arasında beynəlxalq səviyyədə bu müsabiqənin təşkil olunmasına ehtiyac duyuldu.
Beləliklə müsabiqənin beynəlxalq səviyyədə təşkilini təmin etməklə həm İran daxilində tələbələr arasında keçirilən müsabiqədə qalib gəlmiş tələbələr rəqabət aparmaq üçün beynəlxalq səviyyədə keçirilən yarışmalara qtılmaqlarına şərait yaratdıq. Həm də digər ölkələrdən olan müsəlman tələbələr üçün bu şəraiti yaratdıq.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən müsəlman və qeyri müsəlman ölkələrindən olan müsəlman tələbələr qatılır. Biz təklif etmişik ki, bundan sonrakı dövr müsabiqələr hər iki ildən bir bir İslami ölkədə təşkil olunsun.
O əlavə edib ki, gələcəkdə müsabiqədə qiraət və hifz fənlərindən başqa təfsir və Quran maarifi fənləri üzrədə yarışlar təşkil oluancaq. Həmçinin nəzərdə tutulub ki, gələn dövr müsabiqələrdə yarışlar həmçinin qadınlar arasında da təşkil olunsun.
Əlizadə deyib ki, Müsəlamn tələbələrin III dövr beynəlxalq Quran müsabiqəsi Məşhəd şəhərində keçiriləcək. “Müsabiqənin kənarında bəzi proqramlarda nəzərdə tutlub ki, onlardan Quranda ictimai yaşayış proqramlarının açıqlanması və Astan-e Quds Rəzəvi muzeyi ilə tanışlıq kimi proqramları göstərmək olar”, -deyə Əlizadə deyib .714687