IQNA

Xocasəndə dindarların həbsinə kütləvi etiraz, valideynlər uşaqların məktəbə buraxılmamasını qərara alıblar

23:58 - December 29, 2010
Xəbər sayı: 2055787
Beynəlxalq şöbə: Xocasəndə dindarların həbsinə kütləvi etiraz, qəsəbə ağsaqqallarının təşəbbüsü ilə uşaqların məktəbə buraxılmaması qərara alınıb
İQNA Quran agentliyinin deyerler.org saytına istinadən məlumatına əsasən, dekabrın 23-də Binəqədi rayonu Xocasən qəsəbəsində bir qrup dindarla 103 saylı orta məktəbin rəhbərliyi arasında baş verən insidentə görə 3 qəsəbə sakininin həbs olunması yerli əhalini qəzəbləndirib. Məktəb rəhbərliyinin polisə şikayətindən sonra dekabrın 25-də qəsəbənin 3 dindarı saxlanılıb. Hacı Azər Sərcanov, Məşədi Yusif Əlikram oğlu və Hacıqulu Həşimov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlardan hər birinə 10 sutka, Azər Sərcanova isə 11 sutka həbs cəzası kəsilib.
Qəsəbədəki mənbələrdən aldığımız məlumata görə, dindarların həbsinə etiraz əlaməti olaraq Xocasən ağsaqqallarının təşəbbüsü ilə uşaqların məktəbə buraxılmaması qərara alınıb. Mənbənin bildirdiyinə görə, bu təşəbbüsə qəsəbə əhalisinin 70-80 faizi qoşulub. Onlar bildiriblər ki, dindarlar günahsız həbs olunublar. Buna görə də dərhal azadlığa buraxılmalıdırlar və məktəbli qızların dərsə hicabla getməsinə qoyulan qadağa götürülməlidir.
captcha