IQNA

11:27 - January 03, 2011
Xəbər sayı: 2057905
Beynəlxalq şöbə: Azərbaycandakı hicab qadağası dünya müsəlmanlarını narahat etməkdədir. Artıq dünyanın bir çox yerində Azərbaycanın orta məktəblərində tətbiq edilən hicab qadağası tənqid edilməkdədir.
İQNA Quran agentliyinin İslam-Azeri.az İnternet qəzetinə istinadən məlumatına əsasən, bu günlərdə Azərbaycan İslam Partiyasının sabiq sədri Hacı Əlikram Dünya Əhli-Beyt cəmiyyətinin sədri Höccətülislam vəl muslimin Muhəmməd Həsən Əxtərinin qəbulunda olub.

Görüş zamanı Əxtəri Azərbaycandakı problemlərdən xəbərdar olduğunu bildirərək bu şeylərin onları narahat etdiyini önə çəkib.

100-ə yaxın dövlətlə əməkdaşlıq edən Dünya Əhli-Beyt cəmiyyətinin sədri Höccətülislam vəl muslimin Muhəmməd Həsən Əxtəri sonda hicabla bağlı narahatçılığını və bu məsələnin həlli üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə xahiş məktubu ünvanlayacığını və Allahın köməkliyi ilə bu məsələnin həll olacağına ümidvar olduğunu bildirib.
Ad:
E-poçt:
* Comment:
* captcha: