IQNA

Müsəlman Tələbələrin Beynəlxalq Quran müsabiqəsində Tanzaniyadan da iştirakçılar qatılacaq

21:28 - January 04, 2011
Xəbər sayı: 2059032
Quran fəaliyyətləri üzrə şöbə: İranın Tanzaniyadakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə Məşhəd şəhərində keçiriləcək Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinə bu ölkədən də nümayəndələr qatılacaq.
İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, bu dövr müsabiqəyə Tanzaniyadan qiraət fənni üzrə İbrahim Ramazan Şəban və Quranın hamısını əzbər oxuma fənni üzrə Hüseyn Abdullah iştirak edəcəklər.
Hər iki iştirakçı tələbədir və yanvarın 8-də müsabiqəyə qatılmaq üçün İrana səfər edəcəklər.
Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsi yanvarın 9-12-də İranın Məşhəd şəhərində keçiriləcək. Müsabiqədə dünyanın 40 ölkəsindən iştirakçılar qatılacaq. 724110
captcha