IQNA

Müsəlman tələbələrin beynəlxalq Quran müsabiqəsində İndoneziyadan iştirakçılar qatılacaq

21:35 - January 04, 2011
Xəbər sayı: 2059033
Quran fəaliyyətləri üzrə şöbə: İranın İndoneziyadakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə Məşhəd şəhərində keçiriləcək Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinə bu ölkədən də nümayəndələr qatılacaq.
İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, bu dövr müsabiqəyə İndoneziyadan bir hakim , bir qari və bir Quran hafizi iştirak edəcəklər.
Eləcə də gələn həftə İndoneziya Alimlər Məclisinin yeddi üzvi və İndoneziya universitetinin rektorunu başçılıq etdiyi 5 nəfərlik digər bir heyət İranda səfərdə olacaqlar. Səfər zamanı İran və İndoneziya arasında elmi, mədəni və dini əməkdaşlıqların artırılması məsələsi müzakirə olunacaq.
Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsi yanvarın 9-12-də İranın Məşhəd şəhərində keçiriləcək. Müsabiqədə dünyanın 40 ölkəsindən iştirakçılar qatılacaq. 723925
captcha