Quran fəaliyyətləri üzrə şöbə: Darul-Quran Təşkilatının sədri Mehdi Qaraşıxlu bildirib ki, Müsəlman Tələbələrin Beynəlxalq Quran müsabiqəsinin təşkili Quran fənni və elmində ixtisaslaşmış formada çalışmaq istəyən tələbələrdə maraq oyadır və onların işlərinin keyfiyyətini artırır.
Mehdi Qaraşıxlu İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, Universitetlər arasında Beynəlxalq Quran musabiqəsinin təşkili tələəbə hafiz və qarilərin inkişafında çox təsir edicidir. O əlavə edib ki, bu kimi müsabiqələrin təşkili universitet mühitində mədəni təsirindən başqa Quran elmi və fənni üzrə ixtisaslaşmış formada çalışmaq istəyən tələbələrin iş keyfiyyətini artırır.
O beynəlxalq Quran müsabiqəsində digər ölkələrdən qari və hafizlərin aktiv iştirak etməməsini tənqid edib.
O deyib ki, Beynəlxalq Quran müsabiqəsinin keyfiyyətinin artırılması üçün mexanizma yaradılmalıdır və hər bir ölkənin ən yaxşıları seçilərək müsabiqəyə yol tapmalıdır. Belə olduğu halda müsabiqə daha maraqlı keçəcək. Lakin bu müsabiqələrdə digər ölkələrdən elə şəxslər iştirak edir ki, İranın ən zəif hafizindən də zəifdir. Hansısas mexanizmanın yaradılması ilə müsabiqələrin keyfiyyətini artırmaq olar.
O sonda bildirib ki, İranın Darul-Quran təşkilatı öz Quran proqramını bütün əhali üçün nəzərdə tutur. Bu təşkilatın proqramlarında adi əhali ilə yanaşı tələbələr də iştirak edə bilər. 715834