IQNA

15 min nəfər bəhreynli zəvvar "Ərbəin günü" Kərbəlanı ziyarət edəcək

13:00 - January 08, 2011
Xəbər sayı: 2060676
Beynəlxalq şöbə: Təqribən 15 000 bəhreynli İmam Hüseynin (ə) "Ərbəin"i münasibətilə müqəddəs Kərbəla şəhərini ziyarət etmək üçün İraqa səfər edəcək.
İQNA Quran agentliyinin "Ənsar" saytına istinadən məlumat verir ki, Bəhreynin İraqdakı səfiri Səlah Əl-Maliki bildirib ki, bəhreynli zəvvarların müqəddəs Nəcəf şəhərinə də səfərləri təşkil olunacaq.
Əl-Malikinin dediyinə görə, səfirlik Kərbəla şəhərində Ceraş otelində zəvvarlara lazımi xidmət göstərmək və lazımi ehtiyaclarını ödəmək üçün müvəqqəti ofis icarəyə götürmüşdür.

Bəhreyn turizm mərkəzinin İraqdakı rəhbəri Əmin Əl-Məzub bildirmişdir ki, əksər zəvvarlar İraqa Bağdaddakı və Nəcəfdəki hava limanları vasitəsi ilə daxil olacaqlar. Digərləri isə avtobuslar vasitəsi ilə Küveytdən və ya Suriyadan keçərək İraqa daxil olacaqlar.
Qeyd edək ki, keçən il "Ərbəin"i qeyd etmək üçün Bəhreyndən 24 000 zəvvar İraqa səfər etmişdi. Onlardan 13 mini Səudiyyə Ərabistanından gələn zəvvarlar olmuşdur. 725768
captcha