IQNA

Azərbaycan Respublikası Sumqayıt və Gəncə şəhərlərində dindarların həbsinə başlanılıb

14:33 - January 09, 2011
Xəbər sayı: 2061472
Siyasi və İctimai şöbə: Azərbaycanda 3 gündür ki başlanan dindarların həbsi davam edir. Polis bunun müəyyən sifarişlə həyata keçirildiyini deyib.
İqna Quran Xəbər Agentliyinin Faktxeber-ə istinadən verdiyi məlumata görə, Sumqayıt və Gəncə şəhər dindarların həbsi başladı.
Bu gün səhər saatlarında Sumqayıt polis işçiləri Sumqayıtda dindarların evlərinə gələrək onları polis bölməsinə aparıblr. Bu barədə məlumat verən Sumqayıt şəhər sakini bildirib ki, hal-hazırda onlardan 4 nəfəri Kamran, Azad Zülfüqarov, Novruz, Salehli Akif və Zöhrab adlı şəxs məhkəməyə aparılıblar. Verilən məlumata görə, guya dindarlar polis onları evdən apararkən onlara müqavimət göstəriblər. Onlar 310-cu maddə ilə ittiham olunurlar.
Sumqayıt sakini həmçinin bildirib ki, polislər bizə deyirlər ki, bizə yuxarıdan siyahı gəlib və o siyahıya əsasən həbs edirik.
Eləcə də Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərində 20 nəfər dindar bu şəhərin polisi tərəfindən həbs edilib. Onlardan 3 nəfəri inzibati xətalar məcəlləsinə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
captcha