İQNA Quran agentliyinin məlumatına əsasən, müsabiqənin final mərhələsində Quranın bütöv əzbər oxumasə fənni üzrə ikinci yeri Liviyadan Badraddin Əbdülhəkim əl-Vərfani və üçüncü yeri İndoneziyadan Məhəmməd Salim Qəzali qazanıb.
Qiraət fənni üzrə ikinci yeri Əfqanıstandan Həmidullah Haşimi üçüncü yeri isə Tacikistandan Səmərəddin Səmədov qazanıb.
Birinci yerin mükafatı 10 min dollar, ikinci yer 8 min və üçüncü yerin mükafatı isə 5 min dollar təşkil edir.
Qeyd edə ki, müsabiqənin final mərhələsinə hifz fənni üzrə İndoneziyadan Məhəmməd Salim Qəzali, Sudandan Əl-Haris İbrahim Əhməd Əl-Mukaşifi, İrandan Məhəmməd Xətibi, İordaniyadan Raşid Hüseyn Əli əl-həmisi və Liviyadan Badraddin Əbdülhəkim əl-Vərfani vəsiqə qazanmışdı, qiraət fənni üzrə isə İndoneziyadan Məhəmməd Töhər, İrandan Hamid Vəlizadə, Əfqanıstandan Həmidullah Haşimi, Tacikistandan Səmərəddin Səmədov və İraqdan Əli Fəllah vəsiqə qazanmışdı.
Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsi yanvarın 11-də başlayıb və müsabiqənin bağlanış mərsimi və mükafatların təqdimat mərasimi yerli vaxtla saat 18-21-də İranın İrşad və Mədəniyyət nazirinin iştirakı ilə keçirilib728944