IQNA

İspaniyada “Fələstinli qaçqınların çətinlikləri” mövzusunda sərgi keçirilir

20:59 - January 15, 2011
Xəbər sayı: 2064876
Beynəlxalq şöbə: İspaniyanın paytaxtı Madriddə “Fələstinli qaçqınların çətinlikləri” mövzusunda rəsm əsəri sərgisi keçirilir.
İQNA Quran agentliyinin “SANA” xəbər saytına istinadən məlumatına əsasən, sərgi yanvarın 13-dən Madrid müasir sənət əsərləri sərgi qaleriyasında “Sərhədsiz rəssamlar” birliyinin təşəbbüsü ilə iki həftə müddətinə təşkil olunub.
Sərgidə Fələstinli uşaqların 40 rəsm əsəri və İspaniyalı rəssamları Fələstinli uşaqlar mövzusunda 30 rəsm əsəri sərgilənir. Sərginin təşkilindən məqsəd Fələstinli qaçqınların qarşılaşdığı çətinliklər və Fələstinə dünya ictimaiyyətin diqqətini artırmaqdır. 730544
captcha