Beynəlxalq şöbə: Məşhəd şəhərində keçirilən Müsəlman Tələbələrin III Beynəlxalq Quran müsabiqəsində Misir, İraq, Lİvan, Suriya, Türkiyə və Malazyadan hakimlər var idi və hakimlərin başqa-başqa xalqlardan olması bu müsabiqənin üstünlük və özəlliklərindən biri idi.
Azərbaycanlı qari İlkin Həsənov İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, müsabiqədə hakimlərin qaydaları icra etməsi və hakimlər çox yük səviyyədə təşkil olunmuşdu.
Həsənov Müsəlman Tələbələrin Quran müsabiqəsinə ilk dəfə qatıldığını vurğulayıb və deyib ki, müsabiqə çox yüksək səviyyədə təşkil olunmuşdu və müsabiqədə çox təcrübəli qarilər iştirak edirdilər.
“Qari Quran,özü və cəmiyyət qarşısında çox məsuliyyət daşıyır. Quran qarisi əxlaqlı olmalı və Quranın hökmlərinə əməl etməlidir. Qari təkcə Quran oxumaqla kifayətlənməməlidir bəlkə qarilərin hərəkətləri Quranın hökmlərinə uyğun olmalıdır”, -deyə Həsənov deyib.
O əlavə edib ki, Quran qarisi əgər oxuduğu Qurana əməl etməzsə cəmiyyətdə Qurana qarşı mənfi baxış hissi oyada bilər. Qari öz əməlləri ilə Quran qarisi olduğunu cəmiyyətdə sübuta yetirməlidir, -deyə Həsənov deyib.
O deyib ki, mən 13 yaşından Quran tilavət edirəm və Quran ömür boyu mənim problemlərin həlli yolu olub. Bütün cavanlara Quran oxumağı tövsiyyə edirəm . İlkin Həsənov Bakı İslam Universitetinin tələbəsidir və Qurandan 5 cüzü əzbər oxuya bilir.739939