IQNA

Sudanda İslam İnqilabının nailiyyətləri və inkişafı ilə bağlı mətbuat konfransı keçirilib

0:21 - February 09, 2011
Xəbər sayı: 2077973
Mədəniyyət və incəsənət şöbəsi: İran İslam Respublikasının Sudandakı mədəniyyət mərkəzinin rəhbəri mətbuat konfransı keçirib. Mətbuat konfransında “Fəcr ongünlüyü” bayram şənlikləri ilə bağlı Sudanda təşkil olunacaq proqramları açıqlayıb.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına (İƏMT) istinadən məlumatına əsasən, mətbuat konfransı Sudanın müsəlman xalqını İran İslam İnqilabının inkişafı və əldə etdiyi nailiyyətlərlə tanış etmək məqsədi ilə təşkil olunub.
İranın Sudandakı Mədəniyyət mərkəzinin rəhbəri İran İslam İnqilabının 32-ci ildönümü münasibəti ilə və bu bayram şənliklərinin Sudanda dahada yaxşı təşkil olunması məqsədi ilə fevralın 7-də mətbuat konfransı keçirib. Mətbuat konfransı bu ölkənin qeyri-hökumət təşkilatlarının birinin köməyi ilə təşkil olunub. Mətbuat konfransında jurnalistlər, “Sona” agentliyinin müxbirləri və bu ölkənin radio və televiziya nümayəndələri iştirak ediblər.
Mətbuat konfransında İranın Sudandakı mədəniyyət mərkəzinin rəhbəri Seyyid Hamid Mələkuti Təbar və İranın Sudandakı səfiri Cavad Türkabadi iştirak edib. 742174
captcha