IQNA

Qətərdə gənclər üçün Quran və Hədis müsabiqəsi keçirilir

22:16 - March 01, 2011
Xəbər sayı: 2088805
Beynəlxalq şöbə: Qətərdə gənclər üçün 24-cü Quran və Hədis müsabiqəsi keçirilir. Müsabiqə fevralın 27-də Duha şəhərində Gənclər Mədəniyyət Mərkəzində təşkil olunub.
İQNA Quran agentliyinin “Əl-Şərq” qəzetinə istinadən məlumatına əsasən, müsabiqə Qətərin Mədəniyyət nazirliyinin gənclərlə iş üzrə idarəsininin təşkilatçılığı ilə keçirilir. Müsabiqə Quranın əzbər oxunması, tilavət və təcvid qaydaları, təfsir və hədis fənləri üzrə keçirlir.
Qətərin Mədəniyət nazirliyinin gənclərlə iş üzrə idarəninin rəisi Camal Faiz deyib ki, müsabiqədə ölkənin idman klubları və gənclərin mədəniyyət mərkəzlərindən iştirakçılar olacaq. “Hər bir klub və mərkəzdən 4 üzv müsabiqəyə atılacaq və iştirakçılardan bir nəfəri Qətərdən olmasa da olar”, -deyə Faiz deyib. 755242
captcha