IQNA

Səudiyyə Ərəbistanın şiə ruhaniləri Ehsa şəhər imam cüməsinin azadlığa buraxılmasını istəyiblər

23:07 - March 05, 2011
Xəbər sayı: 2090634
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın Ehsa və Qətif şəhərlərinin 100 nəfərdən çox şiə ruhanisi Ehsa şəhərinin imam cüməsi Tofiq Amirlə həmrəylik nümayiş etdiriblər və onun tez bir zamanda azadlığa buraxılmasını tələb ediblər.
İQNA Quran agentliyinin “Rasid” xəbər saytına istinadən məlumatına əsasən, ruhanilər ötən gün iki ayrı-ayır bəyanat yayaraq Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələrindən Şeyx Amir və etiqadlarını bəyan etdikləri üçün həbs olmuş digər məhbusların azadlığa buraxılmasını istəyiblər.
Bəyanatda bildirilir ki, islahat istəyən mitinq iştirakçılarının həbsi indiki zamanda narahatçılığa səbəb olur və onların islhat istəklərinə diqqət yetirməmək də xalqın narahatçılığına səbəb olur. Şiə alimlər icra orqanlarının rəhbərlərini söz azadlığı və özünü ifadə etmə azadlığına beynəlxalq qanunlar və öhdəliklər çərçivəsində əməl etməyə çağırıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri bazaar günü Höccətul – İslam Amiri həbs ediblər. Amir Səudiyyə Ərəbistanda məzhəblər arasında ayrı seçkiliyin ləğvini tələb etmişdi.757901
captcha