IQNA

İranın daxili işlər naziri Əfqanıstanın şiə alimlər şurasının sədri ilə görüşüb

22:27 - March 09, 2011
Xəbər sayı: 2093410
Siyasi şöbə: İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Əfqanıstan şiə alimlər şurasının sədri Ayətullah Möhsini ilə görüşdə beynəlxalq məsələlər, islami ölkələrdə o cümlədən Misir və Tunisdə baş verən xalq qiyamları haqda müzakirə aparıblar.
İQNA Quran agentliyinin məlumatına əsasən, görüşdə İran və Əfqanıstan arasında əlaqələrin inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.
Nəccar deyib ki, İran və ƏFqanıstan xalqları və hökuməti həmişə bir-birinə dayaq durublar. “Əfqanıstanda 12000 tələbə İran universitetlərində təhsil alır və bu məsələ Əfqanıstanda kadrların yetişdirilməsində böyük amildir”, -deyə Nəccar deyib.
O əlavə edib ki, hazırda 4000 Əfqanlı şagird İranda orta məktəblərdə təhsil alır. “Prezidentin göstərişi ilə daha 50 000 şagird də İran məktəblərində təhsil ala biləcəklər”, -deyə Nəccar deyib.
Ayətullah Möhsini də İranın Əfqanıstana göstərdiyi yardımlara görə Nəccara təşəkkür edib iki ölkənin əlaqələrinin daha da inkişaf etdirilməsini istəyib. O son günlərdə Əfqanıstanda İrana qarşı irəli sürülmüş ittihamları Qərb ölkələrinin hiyləsi adlandırıb və deyib ki, bu ittihamlar siyasi oyunlardır və heç vaxt münasibətlərdə təyinedici rola sahib olmayıblar.
Əfqanıstanın daxili işlər naziri Bismillah Məhəmmədinin ötən gün “İranın Əfqanıstanın daxili işlərinə müdaxiləsinə dair heç nə müşahidə olunmayıb” deyib, bu Əfqanıstan xalqının və dövlətinin mövqeyidir, -deyə Ayətullah Möhsini bildirib. 760861
captcha