IQNA

İKT-yə üzv ölkələrin Mədəniyyət Nazirlərinin iclası Əlcəzairdə keçiriləcək

20:46 - March 12, 2011
Xəbər sayı: 2094473
Beynəlxalq şöbə: İKT –yə üzv ölkələrin Mədəniyyət Nazirlərinin VII iclası 2011-ci ilin noyabrın 28-29-da Əlcəzairin Tlemsen şəhərində keçiriləcək.
İQNA Quran agentliyinin ISESCO saytına istinadən məlumatına əsasən, bu iclas Əlcəzairin Tlemsen şəhərinin 2011-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi münasibəti ilə bu şəhərdə keçiriləcək.
Məlumata əsasən, nazirlərin iclasına hazırlıq məqsədi ilə martın 16-17-də Əlcəzairin paytaxtında iclas keçiriləcək. Iclasda İSESCO-nun, İslam Konfransı Təşkilatı və Əlcəzair mədəniyyət nazirliyinin nümayəndələri iştirak edəcəklər.
İSESCO-nun mədəniyyət və əlaqələr üzrə şöbə müdiri Nəcib Qiyasi həmin iclasda iştirak edəcək. 761835
captcha