İQNA Quran agentliyinin ISESCO saytına istinadən məlumatına əsasən, bu iclas Əlcəzairin Tlemsen şəhərinin 2011-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi münasibəti ilə bu şəhərdə keçiriləcək.
Məlumata əsasən, nazirlərin iclasına hazırlıq məqsədi ilə martın 16-17-də Əlcəzairin paytaxtında iclas keçiriləcək. Iclasda İSESCO-nun, İslam Konfransı Təşkilatı və Əlcəzair mədəniyyət nazirliyinin nümayəndələri iştirak edəcəklər.
İSESCO-nun mədəniyyət və əlaqələr üzrə şöbə müdiri Nəcib Qiyasi həmin iclasda iştirak edəcək. 761835