Mədəniyyət və incəsənət şöbəsi: “Həzrət Yusif (ə)” filmindən sonra daha bir Allah peyğəblərinin həyatından bəhs edən film, Azərbaycanda yüksək keyfiyyətlə tərcümə və dublyaj olunaraq satışa çıxarılıb.
İQNA Quran agentliyinin Azərbaycan şöbəsinin məlumatına əsasən, filmi tərcümə və dublyaj edən Süleyman Fərzəliyev deyib ki, bu Süleyman peyğəmbərdən bəhs edən "Mülki Süleyman" (Süleymanın mülkü) adlı filmdir. "Ana dilimizə dublyaj edilmiş bu film, öz yüksək keyfiyyəti ilə tamaşaçıların rəğbətini qazanacağına əminəm. Adından da göründüyü kimi film, Qurani-Kərimdə adı keçmiş peyğəmbərlərdən biri - Süleyman peyğəmbərin həyatından bəhs edir.”, -deyə Fərzəliyev deyib.
O əlavə edib ki, filmdə Süleyman peyğəmbərin cin və şeytanlarla necə mübarizə aparmasından söhbət gedir. Kinoda ibrətəmaiz kəlamlara, insani dəyərlərə və əxlaqi söhbətlərə yer verilib. 764064