İQNA Quran agentliyinin Hindistan şöbəsinin məlumatına əsasən, konfransda İranın Dahi Rəhbəri Ayətullah Uzma Xameneinin Hindistandakı nümayəndəsi höccətul-islam Mehdi Məhdəvipur, alimlər, araşdırmaçılar və siyasi və ictimai şəxsiyyətlər iştirak ediblər.
Konfransda çıxış edən höccətul-islam Məhdəvipur deyib ki, bütün dinlərdə qardaşlıq və bərabərlik haqqında təlimlər var və heç bir din insanlara bir-biri ilə ixtilaflı olmasını istəmir.
O deyib ki, konfransın keçirilməsindən məqsəd dinlərdə əxlaqi dəyərləri göstərməkdir və biz birgə dinc şəraitində yaşamaq çün birləşməliyik.764003