IQNA

Iranda keçiriləcək Quran üzrə imtahanlarda 50 min nəfər iştirak edəcək

22:53 - March 23, 2011
Xəbər sayı: 2097887
Quran fəaliyyətləri üzrə şöbə: İranın Quran fəaliyyətlərinin inkişafı və əlaqələndirici mərkəzinin təhsil idarəsinin rəsisi Murtəza Xidmətkar bildirib ki, ölkə üzrə Quranın məna və əzbər oxunma dərsləri üzrə keçiriləcək imtahanlarda iştirak etmək üçün indiyədək 50 min nəfər qeydiyyatdan keçib.
İranın Quran fəaliyyətlərinin inkişafı və əlaqələndirici mərkəzinin təhsil idarəsinin rəsisi Murtəza Xidmətkar İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, İranın Quran fəaliyyətlərinin inkişafı və əlaqələndirici mərkəzində (İQNA) ölkə üzrə keçiriləcək imtahanlarda iştirak etmək üçün qeydiyyat mart ayının əvvəlindən başlayıb. “İmtahanlar iki hissədə 15 yaşdan aşağı və 15 yaşdan yuxarı şəxslər üçün təşkil olunacaq. Quranın əzbər oxunması və mənasının öyrənilməsi üzrə keçiriləcək”, -deyə Xidmətkar deyib.
O əlavə edib ki, Quranın 10 cüzünün əzbər oxunması, 20 cüzünün əzbər oxunması və 15 cüzünün əzbər oxunması üzrə imtahanlar aprel ayında başlayacaq. 762193
captcha