IQNA

Pakistanın müxtəlif şəhərlərində ABŞ-da Quran-Kərimin yandırılmasına qarşı etiraz mitinqi keçirilib

22:21 - March 26, 2011
Xəbər sayı: 2098145
Beynəlxalq şöbə: Pakistan xalqı bu ölkənin müxtəlif şəhərlərində ABŞ-da Quran-Kərimin yandırılmasına qarşı ötən gün etiraz mitinqləri keçiriblər.
İQNA Quran agnetliyinin “Dawn” sayıtna istinadən məlumatına əsasən, mitinq iştirakçıları İslamabad, Ravelpendi və Müzəffərabad şəhərlərində ABŞ-ın Florida əyalətində Quran-Kərimin yandırılmasına etiraz ediblər. Mitinq iştirakçıları Qərb ölkələrində dini müqəddəslərə hörmətsizliklərin qarşısının alınması məqsədi ilə qanunun təsdiqlənməsini tələb ediblər.
Mitinq iştirakçıları Quranı yandıran keşiş və ABŞ hökumətinın əleyhinə şüarlar səsləndiriblər, ABŞ bayrağını yandırıblar. Mitinq iştirakçıları ABŞ hökumətinin bu hötmətsizliyə laqeyd qalmasını pisləyiblər.
Teri Conz ötən il 11 sentyabr - ABŞ-da əkiz göydələnlərin binasının partladılması ildönümü günü müsəlmanların səmavi kitabı Quran-Kərimi yandıracağını demişdi. Daha sonra beynəlxalq etirazlardan sonra bu işin ərtələmiş və lakin bir neçə gün öncə öz çirkin niyyətini yerinə yetirmiş və Quranı yandırıb.766196
captcha