IQNA

Kuveytdə Qurani-Kərimin çap və nəşrinə nəzarət üçün xüsusi birlik təsis olunacaq

22:29 - March 26, 2011
Xəbər sayı: 2098148
Beynəlxalq şöbə: Kuveyt parlamenti bu ölkədə Qurani – Kərimin çap və nəşrinə nəzarət üçün xüsusi birliyin təsis olunması layihəsini təsdiqləyib.
İQNA Quran agentliyinin “Səbq” qəzetinə istinadən məlumatına əsasən, Kuveyt parlamentinin nümayəndələri təklif olunmuş layihəni müzakirə etdikdən sonra onu təsdiq edib icra edilməsi üçün hökumətə göndəriblər.
Qurani – Kərimin çap və nəşrinə nəzarət üçün xüsusi birliyin təsis olunmasından məqsəd Quran və Peyğəmbərin (s) sünnətinə uyğun elmi araşdırmalar apramaq və ölkə daxilində və xaricində müsəlmanların ehtiyaclarını ödəməkdir.
Təsdiq olumuş yeni qanuna əsasən, Quran və İslam Peyğəmbəri (s) sünnəti haqda hər hansı bir kitabın çap olunması yalnız Qurani – Kərimin çap və nəşrinə nəzarət üçün xüsusi birliyin icazəsi ilə həyata keçirilməlidir.
Qanunu pozan fiziki və hüquqi şəxslər 3-5 min Kuveyt dinarı məbləğində cərimə olunacaqlar. Icazəsiz çap olunmuş Quranlar müsadirə və çap işini həyata keçirmiş nəşriyyat üç ay müddətinə tətil olunacaq.766193
captcha