IQNA

IKT sionist rejiminin Qəzzədə törətdiyi cinayətləri qətiyyətlə pisləyib

22:33 - March 26, 2011
Xəbər sayı: 2098149
Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatının (İKT) baş katibi sionist rejiminin Qəzzdə törətdiyi cinayətləri qətiyyətlə pisləyib.
İQNA Quran agentliyinin “OCI” saytına istinadən məlumatına əsasən, İKT baş katibi İkmaləddin Ehsanoğlu sionist rejim hərbiçilərinin dinc əhaliyə xüsusi ilə uşaqlara qarşı vəhşiliklərini pisləyərək bu kimi hərəkətlərin beynəlxalq hüquq qaydalarını zidd olduğunu vurğulayıb.
Ehsanoğlu bu kimi cinayətlərə son qoymağa çağırıb və İsraili beynəlxalq qaydalara riayət etməyə məcbur etməyi BMT TŞ və Quartet qrupunun öhdəliklərindən olduğunu xatırladıb.
Quartet qrupu ABŞ, Avropa Bilriyi, Rusiya və BMT tərəfindən təşkil olunmuş bir qrupdur və İsrail və Fələstin qarşıdurmasında sülh prosesində vasitəçilik misyası həyata keçirir. 766201
captcha