İQNA Quran agentliyinin “Əl-İqtisadiyyə” qəzetinə istinadən məlumatına əsasən, Türkiyə və Pakistan prezidentləri bu kimi ifratçı hərəkətlərin qarşısının alınması məqsədi ilə beynəlxalq səviyyədə ciddi işlərin görülməsi zəruriliyini vurğulayıblar.
Zərdari islami xalqların bu kimi ifratçı hərəkətlərə qarşı birlik nümayiş etdirməsini istəyib. Zərdari beynəlxalq qurumlarda ABŞ-da Qurana hörmətsizlik məsələsi müzakirə çıxarılmasını və bu kimi halların təkrarlanmasının qarşısının alınması istiqamətində ciddi addımların atılmasını və qanunların təsdiqlənməsini istəyib.766677