IQNA

İraqın cənub regionu üzrə Sünni Alimlər Birliyinin sədri Bəhreyndəki qətliamın dayandırılmasını tələb edib

21:36 - March 30, 2011
Xəbər sayı: 2099212
Beynəlxalq şöbə: İraqın cənub regionu üzrə Sünni Alimlər Birliyinin sədri Şeyx Xalid Əbdül-Vəhab Əl-Məla müsəlman alimləri, mütəfəkkirləri və ziyalılarını Bəhreyndə törədilən qətliamın dayandırılması üçün fəaliyyətlərini artırmaqlarını tələb edib.

İQNA Quran agentliyinin “ƏL-Kövsər” saytına istinadən məlumatına əsasən, Əbdül-Vəhab Əl-Məla deyib ki, Bəhreyn hökumətinin vəhşilikləri öz ölkə xalqına qarşı törətdiyi cinayətləri və bu cinayətləri bəzi KİV-lərdə qorxunc görüntülərini müşahidə edirik. Biz müsəlman ölkələrin dövlət başçılarından və İslam dünyası alimlərindən Bəhreyndə günahsız insanların qətliamının qarşısının alınması istiqamətində fəaliyyətlərini artırmaqlarını istəyirik.
Əl-Məla Bəhreyn hökumətini etirazçıların istəklərini yerinə yetirməyə çağırıb. Əl-Məla bəzi ifratçı qüvvələrin bilərəkdən fitnlər yaradaraq məzhəblər arasında (şiə və sünni) təfriqə yaratmaq istəyində olduğunu vurğulayıb və müsəlmanları bu kimi fitnələrə uymamağa çağırıb. 766936
captcha