Beynəlxalq şöbə: Əfqanıstanın Qəndəhar şəhərində minlərlə insan ABŞ-ın Florida ştatında Quranın yandırılmasına etiraz etmək məqsədi ilə mitinq təşkil ediblər. Dinc aksiyaya Taliblər hücum edib, 9 nəfər ölüb 81 nəfər yaralanıb.
İQNA Quran agentliyinin “NYTimes” qəzetinə istinadən məlumatına əsasən, mitinq iştirakçıları Amerika və hökumət əleyhinə şüarlar səsləndiriblər. Quranın yandırılmasını və Qurana hörmətsizliyi tənqid ediblər. Taliban quruplaşmasının üzvlərindən bir neçə nəfər əhali arasında daxil olaraq təxribat törədərək əhaliyə və jurnalistlərə silahlı hücum ediblər, avtomobilləri, mağazaları yandırıblar. Hadisə nəticəsində 9 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Qeyd edək ki, üç gündür ki, Əfqanıstanın müxtəlif şəhərlərində o cümlədən Məzar Şərif, Kabil və Hiratda da ABŞ-ın Florida ştatında kilsələrin birində Quranın yandırılmasına etiraz olaraq mitinqlər təşkil olunub. 767840