IQNA

İraq Parlamenti dünya ölkələri və beynəlxalq təşkilatları Quranın yandırılmasını tənqid etməyə çağırıb

22:56 - April 05, 2011
Xəbər sayı: 2101187
Beynəlxalq şöbə: Ötən gün İraq Parlamentinin spikeri Üsamə Əl-Nəcəfi və 164 nümayəndənin iştirakı ilə keçirilən iclasda nümayəndəər ABŞ-da Qurana hörmətsizliyə etiraz əlaməti olaraq bəyanat qəbul ediblər. Bəyanatda dünya ölkləri, ABŞ, Vatikan, BMT, İKT və digər beynəlxalq qurumları ABŞ-ın Florida ştatında Qurana qarşı hörmətsizliyi tənqid etməyə çağırıblar.
İQNA Quran agentliyinin “Sotul-İraq” saytına istinadən məlumat verir ki, İraq parlamenti nümayəndələri çıxışlar ediblər Quranın yandırılmasını pislyəyiblər. Onlar cari ilin “Qurana dəstək” ili adlandırılmasını təklif ediblər.
İraq parlamenti nümayəndələrinin öz bəyanatında ABŞ-ın Florida ştatındakı keşişin bu hərəkətini müqəddəslərə aşkar hörmətsiz olduğunu vurğulayaraq bu hərəkətin bir növ fikri terror adlandırıblar. İraq parlamentinin nümayəndələri müsəlman ölkələri bu cinayətin qarşısında sükut etdilərinə görə tənqid ediblər. 769063
captcha