IQNA

Hindistanda “Bəhreyn məzlumlarına dəstək” adlı konfrans keçirilib

22:58 - April 06, 2011
Xəbər sayı: 2101839
Siyasi və ictimai şöbə: Hindistanın Utarperdeş əyalətinin Zeydpur şəhərində ötən gün “Bəhreyn məzlumlarına dəstək” adlı konfrans keçirilib.
İQNA Quran agentliyinin Hindsitan şöbəsinin məlumatına əsasən, konfrans Zeydpur şəhər mərkəzi məscidində təşkil olunb. Konfransda Zeydpur şəhərinin ziyalıları, dini xadimləri və şəhərin müsəlmanları iştirak ediblər.
Konfransda çıxış edən Zeyğəm Abbas Məsur Zeydpuri deyib ki, hər zaman zülmə qarşı çıxanların fəryadlarını boğmağa çalışan düşmənləri olub, lakin tarix göstərib ki, həmişə zalimlər məğlub olub, məzlumlar qələbə çalıb.
O əlavə edib ki, çox təccüblüdür ki, Amerika Liviyada xalqı dəstəkləmək üçün vuruşur, lakin Bəhreyndə əhalinin qətliamına heç fikir də vermir. Amerika necə olur ki, Səudiyyə tayfasının Bəhreyn xalqına tutduğu divanı görmür? Bu hadisələr onu göstərir ki, proseslər razılaşdırılmış formada böyük şeytan Amerikanın nəzarəti altında həyata keçirilir.
Qeyd edək ki, konfransın sonunda iştirakçılar BƏhreyn xalqını dəstəklədiklərini elan ediblər. 769558
captcha