İQNA Quran agentliyinin “wocihac” saytına istinadən məlumatına əsasən, bu konfrans hazırkı dövrdə islam tarixi və sivilizasiyası haqqında yeni araşdırmalar və nəzəriyyələrin müzakirəsi məqsədi ilə təşkil olunur. Konfransın keçirilməsindən məqsəd həmçinin islam tarixi və sivilizasiyası sahəsində çalışan alimlər arasında əlaqələrin daimiləşdirilməsi üçün şəbəkənin təsis olunmasıdır.
Konfransda İslam və onun yerli adət-ənənələrə təsiri, İslam sivilizasiyasının yerli və beynəlxalq təsirləri, müxtəlif ictimaiyyətdə islam incəsənəti, islam və millətçilik, islam və dini azlıqlar və digər bu kimi mövzular müzakirə olunacaq.
Konfrans üç dildə İngilis , Malay və Ərəb dillərində keçiriləcək. Konfransda iştirak etmək istəyən şəxslər iyun ayının 30-dək öz məqalələrinin xülasəsini kofnransın katibliyinə wocihac@gmail.com e-mail ünvanına göndərə bilər.771007