Beynəlxalq şöbə: Britaniya Milli Partiyasının (BNP) üzvi Sion Quensin ki, Britaniyada keçirilən son parlament seçkilərində səs toplamaq məqsədi ilə çirkin əmələ əl atıb. Belə ki, o Qurani-Kərimi yandırmaqla müqəddəs kitaba hörmətsizlik edib.
İQNA Quran agentliyinin “Times of Pakistan” qəzetinə istinadən məlumatına əsasən, Quranı yandırmasından çəkdiyi vidio görüntünü yayımlamaqla seçkilərdə səs toplamaq istəyən Quensin Britaniya polisi tərəfindən saxlanılıb.
Britaniyanın Daxili İşlər nazirliyi bəyanat yayaraq Qurana hörmətsizliyi tənqid edib və bu hərəkəti əxlaq dəyərlərinə zidd addım olduğunu deyib. Bəyanatda bildirilir ki, “Hökumət olaraq “Quran” səhifələrinin yandırılmasını, ictimaiyyət arasında ayrı-seçkilik çıxaran bütün addımları pisləyirik, hamı azad formada heç bir düşmənçilik və qorxu olmadan sülh şəraitində birgə yaşamalıdır”.
Cənubi Qaller polis idarəsinin rəisi Fil Deyvis bildirib ki, bizim ictimaiyyətdə belə hərəkətlər yol verilməzdir və bu kimi hərəkətlər üçün çox ağır cəza nəzərdə tutulur.
Qeyd edək ki, müsəlmanların müqqədəslərinə hörmətsizlik son illərdə Qərb ölkələrindəki siyasətçilər tərəfindən əhali arasında səs toplamaq üçün bir vasitəyə çevrilib.772416