İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, Rəiszadə İslami Məzhəblərarası Yaxınlaşma Komitəsi tərəfindən Livana səfər etmiş İran parlamentinin nümayəndələri Fatimə Rəhbər və Lalə İftixari və eləcə dini elmi mərkəzin müəllimlərindən olan Vasitipur ilə görüşündə bildirib ki, vəhdət hansısa məzhəbdən çıxıb digər məzhəbi qəbul etmək demək deyil bəlkə burada məqsəd müştərək mövqelərə diqqət etmək, təhqir və bir-birinə qarşı hörmətsizlik etmək çəkinmək və müştərək düşmənin o cümlədən Amerika və İsrailin qarşısında birgə müqavimət göstərməkdir.
Görüşdə iştirak edən Hizbullahın qadınlar şöbəsinin rəisi xanım İfaf Həkim İranın Livanda vəhdət yaratmaq üçün gördüyü işlərdən danışıb və deyib ki, Ramazan ayının sonuncu cümə günün Qüds günü kimi elan edilməsi, Fələstin xalqının müdafiəsi, İslami Vəhdət həftəsinin elan olunması və İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin təşkil olunması İranın həqiqi vəhdətin yaradılması üçün atdığı əsas və əhəmiyyətli addımlardandır.
O əlavə edib ki, düşmənlər öz hədəflərinə çatmaq üçün ən yaxşı vasitə kimi müsəlmanlar arasında ixtilaf yaratmaqdan istifadə edirlər , deməli müsəlmanların şəri və məntiqli borclarıdır ki, bu kimi məkrli siyasətlərlə mübarizə aparıb düşmənləri naümid etsinlər.
Daha sonra İran Parlamentinin nümayəndəsi xanım İftixari İran İslam İnqilabında qadınların rolundan danışıb və deyib ki, Qərbdə qadın bir alət rolunu oynayır və ondan sərmayədarların sərvətini artırmaq üçün vasitə kimi istifadə edirlər və bu baxımdan qadına bəzi puanlar verilir ki, sərmayədarlar öz məqsədlərinə çatsın.
İftixari İslamın qadına verdiyi dəyərdən danışıb.
Qeyd edək ki, İranın nümayəndə heyəti aprelin 7-9-da Hizbullahın qadın nümayəndələri görüşmək məqsədi ilə Livanın cənubuna və Beyruta səfər ediblər. 772219