İQNA Quran agentliyinin “ƏL-Kövsər” saytına istinadən məlumatına əsasən, Əhməd Əl-Ğəmravi Misirin paytaxtı Qahirədə İran və Misir arasında gələcək prespektiv əlaqələrin araşdırılması məqsədi ilə keçirilən konfransda deyib ki, baxmayaraq ki, Misir ölkəsində yaşanların çoxu əhli-sünnədir lakin bu ölkənin əhalisinin çox hissəsi Əhli-Beyt (ə) sevəndirlər və bu İran və Misir xalqalrını birləşdirir və onlar arasında bağlılıq yaradır.
“Bu gün hegemon güclər İran və Misir xalqı arasında əlaqələrin qurulmasını istəmirlər və onu öz mənafeyinə zidd hesab edirlər və həmişə onlar sünni və şiə arasında ixtilaflar yaradaraq İslam dinin əleyhinə çalışıblar.
İranın Misirdə Mənafeyini Qoruyan mərkəzin sədri Müctəba Əmani konfransda çıxışı zamanı İran və Misir arasında münasibətlərin yaxşılaşdırılması məqsədi ilə iki ölkənin ziyalılarının daim müzakirələr aparmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, “İran və Misir əlaqələrinin prespektivləri” mövzusunda Qahirədə keçirilən konfrans İran və Misir Dostluq Birliyinin təşəbbüsü ilə keçirilib.773863