IQNA

İKT baş katibi Qərb ölkələrində müsəlmanlara qarşı yürüdülən irqçilik siyasəti ilə mübarizə aparmağın zəruriliyini vurğulayıb

21:34 - April 13, 2011
Xəbər sayı: 2105526
Siyasi və ictimai şöbə: İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu ötən gün Vaşinqtonda keçirilən “Amerika və İslam dünyası” adlı konfransda Qərb ölkələrində müsəlmanlara qarşı yürüdülən irqçilik siysəti ilə mübarizə aparmağın zəruriliyini vurğulayıb.
İQNA Quran agentliyinin Türkiyə şöbəsinin İKT saytına istinadən məlumaıtna əsasən, Əkmələddin Ehsanoğlu konfransda ABŞ və İslam dünyası arasında əlaqələr haqda çıxış edib.
Ehsanoğlu Qərb ölkələrində müsəlmanlrın qarşılaşdığı problemlər və onlara qarşı irqçilik siyasətinin artmasını xatırladaraq deyib ki , Qərb ölkələrində müsəlmanlara nəzarət, onlara şübhə ilə yanaşmaq və onlara qarşı əks təbliğat aparırılır.
Ehsanoğlu bəzi müsəlman ölkələrində baş vermiş islami hərəkatlardan danışıb və həmin ölkələrdən əhaliyə öz istəklərini irəli sürməyə və daxili problemlərini həll etmək şansının verilməsi zəruriliyini vurğulayıb. 773932
captcha