İQNA Quran agentliyinin məlumatına əsasən, Beynəlxalq İslami Sülh Assambeleyasının katibi Davud Amiri deyib ki, terrorizmin məhv edilməsi üçün lazımdır ki, dünya səviyyəsində ədalətli, ağıllı və qarşılıqlı anlaşma mühiti yaradılmalıdır.
O Tehranda keçiriləck “Ədalətli sülh naminə terrorizmə qarşı beynəlxalq koalisiya” konfransın hazırkı şəraitdə terrorizmlə mübarəzə üçün zəruri addımlardan biri kimi dəyərləndirib və deyib ki, konfransın keçirilməsindən məqsəd alimlər və bu sahədə fəalların koalisiyasını yaratmaqdır. “Konfransın əsəs strategiyası terrorizmin köklərini və nəticələrini tanımaq və beynəlxalq səviyyədə terrorizmlə mübarizə metodlarının çatışmamazlığı və insani dəyərlərə üstünlük verərək dünyada sülh və ədalətin qurulmasıdır”, -deyə Amiri deyib.
O əlavə edib ki, konfransı təşkil edən katiblik konfransın keçirilməsi üçün 7 ay çalışmalar aparıb. “Konfransda 1000 nəfərdən çox elmi, mədəni şəxsiyyətlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək”, -deyə Amiri deyib.
Amirinin sözlərinə görə konfrans may ayının 14-15-də Tehranda keçiriləcək.
O deyib ki, konfrans İslami Sülh Assambeleyası, Tehran universiteti , İranın Düşüncə Mərkəzi və bir sıra qeyri-hökumət təşkilatlarının təşəbbüsü və əməkdaşlığı ilə keçiriləcək. 773537